Toyuq korluğu

Toyuq korluğu kifayət qədər yayılmış oftalmoloji pozulmadır. Tibdə toyuq korluğu «hemeralopiya» adlandırılır.

Hemeralopiya zamanı insan pis işıqlandırılmış yerlərdə (alaqaranlıq otaqda, axşam vaxtı çöldə) yaxşı görmür. Toyuqların görməsinin xüsusiyyəti ondan ibarətdir ki, toyuqlar alaqaranlıq yerlərdə heç nə görmürlər. Bu səbəbdən el arasında bu xəstəliyə «toyuq korluğu» deyilir. Toyuq korluğunun səbəbləri müxtəlifdir:

— anadangəlmə (irslə ötürülür və uşağın kiçik yaşlarında özünü büruzə verir)
Davamı →

Göz təzyiqi nədir?

Gözün içərisindəki maye gözün normal fəaliyyəti üçün lazımdır.

Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, maye gözdə artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu müxtəlif göz xəstəliklərinin və pozulmaların inkişafına yol açır.

Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu zaman bu göz təzyiqi patoloji deyil, fiziolojidir. Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir.

Göz təzyiqinin artması baş ağrısı (adətən gicgah nahiyyələrində), göz ağrısı (xüsusilə gözlərin hərəkəti zamanı), gözlərin yorğunluğu kimi simptomlarla özünü büruzə verir. Gözlərdə diskomfort xüsusilə kompüterdə işlədikdə və xırda şriftlə yazılan mətn oxuduqda hiss olunur.


Ardı →

Gözlərlə bağlı ən vacib xəbərdarlıq!

Göz sağlamlığı ilə bağlı ciddi əhəmiyyət daşıyan və  gözləriniz haqqında bilməniz gərəkənlər:

Başqasının göz yaşını silmək zərərlidirmi?

Saatlarla kompüter oyunları oynamaq hansı xəstəliklərə yol açır?

Gözümüzə yad cisimciklər düşərsə, nə etməliyik?.

Körpənizin gözü ilə bağlı heç bir şikayəti olmasa da, 1 yaşında mütləq göz müayinəsinə aparın. Bu, göz bəbəyi tənbəlliyinin qarşısını almağa kömək edəcək.


Ardı →

Gözdə yorğunluq

«Kompüter sindromu» olaraq bilinən göz yorğunluğu uzun müddət kompüter ekranına baxmaqdan qaynaqlanır. Bundan əlavə normal kitab oxuya bilməmək, televiziya verlişlərini çoxlu seyr etmək, çoxlu əl işləri etmək gözə mənfi təsir göstərir.

Göz yorğunluğu zamanı qeyri-səlis görmə, gözdə qızartının olması, göz səğırməsı, gözdə yanma hissi, göz quruluğu, sulanma halları, fokuslanma problemi və s. ola bilər.

Qeyri səlis görmədə yorğunluqla əlaqədar bulanıq görmə halları  olur. Bunun səbəbi göz yorğunluğu ilə əlaqədar inkişaf edən sulanma və poliopi adı verilən görmə problemidir.

Göz yorğunluğunda  quruluq nəticəsində göz qızartısı inkişaf edir. Göz səyirməsi göz qapaqlarının birində və üst qapağında görülür. Göz yorğunluğuna bağlı olaraq inkişaf edən göz səyirməsi yorğunluq davam etdiyi müddətcə təkrarlana bilər.


Ardı →

Kompüterlə bağlı yaranan göz yorqunluqları

Kompüterdən meydana gələn göz xəstəliklərində 100% çoxalma qeydə alınıb. Göz mütəxəssisləri belə şikayətləri olanlara mümkün qədər kompüter ekranından uzaq olmağı məsləhət görür. Bu istiqamətdəki şikayətlərə bağlı ən çox meydana gələn xəstəliyin isə göz ağrısı və göz sulanması olduğu qeyd edilib.

İnsan gözünü optik sistemlə müqayisə edən həkimlər bildirib ki, 6 metr və daha uzaq məsafələrə baxmaq üçün insan gözündə hər hansı bir nizamlamaya ehtiyac yoxdur və bu zaman göz daha az yorulur. Yazmaq, oxumaq, müxtəlif əl işi və kompüter kimi 30-40 cm-dən daha az məsafədə olan fəaliyyətlər isə gözü daha çox yorur.

Mütəxəssislər,görməkdə çətinlik çəkildiyi və ya göz yorulduğu zaman ekrana yaxınlaşmaq əvəzinə işarələri böyütməyi, ekranı minimum parlaqlıqda saxlamağı, otağın işığının kompüter işığından daha güclü olmasını məsləhət görür.

Həkimlər həmçinin kompüterlərin yaydığı elektromaqnit dalğalarına görə prosessorun stolun üstünə yox, yerə qoyulmasını məsləhət görür


Davamı →

Daltonizm

İlk dəfə olaraq 1798-ci ildə ingilis John Dalton adlı bir kişidə rast gəlinən və sonrada onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.
Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxudda heç olmamasıdır. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar.
Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və yaşıl rəngi qəbul edə bilməsi üçün lazım olan zülalı təmin etdilər və nəticədə meymunlar rəngləri görməyə başladı.
Qeyd etmək yerinə düşərdi ki, bu xəstəliyə kişilərdə daha çox rast gəlinir. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur lakin onun əlamətlərini özündə daşıyar və gələcəkdə onun oğlu daltonik ola bilər.


Davamı →

Gözlərimiz niyə yaşarır?

Gözlərin yaşarması adətən bir çox səbəblərə görə baş verir. Bu iltihabi proses, allergiya, yorğunluq və bir sıra başqa səbəblər ola bilir.
Belə ki, gözlər yaşarırsa buna fikir vermək məslətdir, çünki bu orqanizmdə baş verən dəyişikliyin və ya hər hansı bir problemin çağırış zəngi ola bilər.

Bu kimi problemlərin səbəbini öyrənmək və gələcəkdə belə problemlərlə rastlaşmamaq üçün nə etmək lazım olduğunu məqaləmizdə sizə qısa olaraq bildirmək istəyirik.

Orqanizmdə bir sıra vitamin və mikroelementlərin defisiti, xüsusən də B2 vitamini və kaliy mikroelementinin defisiti belə problemin başlıca səbəbi ola bilər. Gözlərinizin məhz bu səbəbdən yaşarmasını öyrənmək üçün bir sıra əlamətlərə fikir vermək lazımdır. İlk olaraq göz yaşarması əlaməti ilə bərabər işığa olan antipatiya və ağız qırağında yaranan yaralar bu vitaminə olan çatışmazlıq deməkdir.

Kaliy defisiti adətən duz, tünd çay, qəhvədən çox istifadə etdikdə, yuxugətirici və sidikqovucu preparatların qəbulu zamanı çox təsadüf edilir. Bundan əlavə əl və ayaqların soyuq olması və gecə qıcolmaları, insanın tez yorulması və yuxulu vəziyyətdə olması da bu vəziyyətə aiddir. Bu əlamətlər sizdə varsa, gözlərinizin niyə yaşardığı bəllidir, ən əsası bununla necə mübarizə aparmalı? Qida rasionunuza banan, xiyar, paxlalı bitkilər və başqa kaliy mikroelementi ilə zəngin olan məhsulları əlavə edin.
Ardı →

Gözün optik sisteminin defekti- Astiqmatizm

Astiqmatizm  gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmaması. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri sferik olmasıdır, yənı ki əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma quvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadan gəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.


Ardı →

Gözlərin bəzi iltihab xəstəlikləri

Uşağın göz qapaqları dərisinin qızarması - dermatit  — qida və ya dərman allergiyası, həmçinin buraya mikrob düşməsi nəticəsində baş verə bilər.

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir. Onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır.

Ümumi xəstəliklər, hipovitaminozlar, kariyesli dişlərin və qurd xəstəliklərinin olması, həmçinin sanitar vəziyyətin pis olması və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesi başlaya bilər. Blefaritin müalicəsi uzun müddət ərzində aparılır və çətin müalicə edilən xəstəliklərdən hesab edilir.


Ardı →

Uşaqlarda yaxınıgörmə (miopiya)

Yaxınıgörmə patologiyası olan insanlar yaxın məsafədə olan əşyaları yaxşı gördükləri halda, uzaq məsafədə olan əşyaları pis görürlər.

İnsanlar arasında bu xəstəliyə çox rast gəlinir. Statistik məlumatlara əsasən yer üzərində yaşayan hər üç nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.

Uşaqlarda yaxınıgörmə anadangəlmə və qazanılma (orqanizmin inkişafı dövründə meydana çıxır) ola bilər. Anadangəlmə yaxınıgörməyə uşağın 1-3 yaşlarında diaqnoz qoymaq mümkün olur. İlkin olaraq onun dərəcəsi yüksək olsa da, get-gedə agırlaşma ehtimalı az-az hallarda baş verir.

Adi qazanılmış yaxınıgörmə (onu bəzən “məktəb” xəstəliyi də adlandırırlar) 7-15 yaşlarında inkişaf etməyə başlayır. “Məktəb” yaxınıgörməsi də az-az hallarda get-gedə agırlaşma verə bilir. Məktəb miopiyası zamanı gözün anatomik quruluşunda ya heç bir pozğunluq olmur, ya da cüzi dərəcədə olur.


Ardı →